Əlaqə Arxiv
news Image
2014.05.07
18:29
| A A A
Dəhşətli kadrların səbəbkarları tapıldı
Namus ləkəsinin vəhşi yuyulması videoçarxının harada və kimlər tərəfindən çəkildiyi üzə çıxdı

Dünən Azərbaycanda namus ləkəsinin vəhşi "yuyulması" ilə bağlı yayılan videokadrlardakı hadisə ilə bağlı təfərrüatları aydınlaşdı. Dəhşətli kadrların çəkildiyi hadisə Tərtər rayonunda ötən ilin iyul ayında törədilib. Döyülən Eldar adlı şəxs dostunun arvadı ilə mobil telefon vasitəsilə yazışıb. Bunu bilən gəlinin qaynı Zaur və qardaşı Ruslan Eldarı meşəyə aparıblar. Orada döyərək videoya çəkiblər. Tərtər Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Elvin Kərimov bildirdi ki, həmin işlə bağlı iki nəfər tutulub və hazırda onların işi məhkəmə baxışındadır. Bölmə rəisi əlavə etdi ki, tərəflər arasında ilk olaraq barışıq olmuşdu. Lakin sonradan videonun yayılması zərərçəkmiş tərəfin qəzəbinə səbəb oldu və cinayət işi başlandı.

Sizin Reklam Yeriniz