Uşaqlar arasında təhlükəli xəstəlik
Uşaqlar arasında əvvəllər nadir hallarda rast gəlinən qan təyziqi
xəstəliyi son vaxtlar tez-tez müşahidə olunur. Əsasən böyüklərdə
rast gəlinən bu xəstəliyin azyaşlı uşaqlarda da müşahidə olunması
narahatçılıq doğurduğundan, Movqe.az uşaqların da qan təyziqindən
əziyyət çəkməsinə ölkənin baş pediatrının münasibətini öyrənib.
Nəsib Quliyev Movqe.az-a açıqlamasında bildirib ki, təyziqin
yüksəlməsi anormal hal sayıldığından bu uşaqlarda da müşahidə
olunduqda normal hal kimi qəbul olunmur: "Bu ürək-qan-damar
xəstəliyi hesab olunur. Uşaqlarda qan təyziqinin yaranması
hipertomiya sayıldığından, ürək-qan-damar sistemində yarananan
problemlərdən dolayı üzə çıxır. Belə uşaqlar Azərbaycanda Uşaq
Kardioloji Mərkəzində müalicə olunurlar".
N. Quliyev hər yaş qrupu üzrə müvafiq təyziq normasının olduğunu, yüksək təyziqin qan-damar xəstəliyinin göstəricisi kimi qəbul olunduğunu bildirdi: "Bu xəstəliyin müalicəsi var. Əsas odur ki, uşaqlarda yüksək təyziqə səbəb olan problemi aradan qaldırmaq üçün müalicəyə başlanılmalıdır ki, fəsad ciddiləşməsin".