Əlaqə Arxiv
news Image
2014.05.08
13:56
| A A A
Quraqlıq təhlükəli səviyyədədir

Movqe.Az xəbər verir ki, Çinin cənubundakı Yunnan əyalətində davam edən quraqlıq səbəbiylə 1,2 milyon nəfərin içməli su problemiylə üzləşdiyi bildirilib. 


Şinhua agentliyinin xəbərinə görə, quraqlıq 190 min hektarlıq əkili ərazi və 625 min 500 ferma heyvanına təsir edib. 


Əyalətin son dörd aydır yağış nisbətinin çox aşağı olduğu və 69 ehtiyatın quruduğu, yerli rəhbərliyin quraqlıqla mübarizə və yeni su qaynaqlarının kəşfi üçün 223 milyon yuen (təxminən 35,7 milyon ABŞ dolları) büdcə təsis etdiyi qeyd edilib.

Sizin Reklam Yeriniz