Əlaqə Arxiv
news Image
2014.05.10
13:04
| A A A
Cəbhədə gərginlik
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. 

Movqe.az xəbər verir ki , Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Düşmən cavab atəşi ilə susdurulub.
Sizin Reklam Yeriniz