Əlaqə Arxiv
news Image
2012.06.28
09:00
| A A A
Prezident Administrasiyası rəsmiləri ilə baş redaktorların görüşü keçiriləcək
Qəzet yayımında yaranmış problemləri müzakirə etmək üçün Prezident Administrasiyasının rəsmiləri ilə baş redaktorlar arasında görüş keçiriləcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov iyunun 27-də "Media forum" saytına deyib ki, görüş yaxın günlərdə baş tutacaq. Şura sədri bildirib ki, bir necə gün əvvəl bir qrup redaktor toplanaraq qəzet satışı ilə bağlı yaranmış vəziyyəti müzakirə edib: "Mən xaricdə idim. Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli həmin görüşdə iştirak edib. Müzakirələrin yekununda qərara gəlinib ki, Prezident Administrasiyasının səlahiyyətli şəxslərdən biri ilə görüş keçirilsin. Yaxın günlərdə belə bir görüş olacaq".
Sizin Reklam Yeriniz