Əlaqə Arxiv
news Image
2014.05.11
11:04
| A A A
Avropa Rusiyanı yenə hədələdi
Ukraynada prezident seçkiləri plana uyğun şəkildə keçmədiyi təqdirdə Fransa və Almaniya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək..

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə sözügedən ölkələrin liderləri Fransua Olland və Angela Merkel görüşlərindən sonra bəyan ediblər. Onlar birgə bəyanatlarında Ukraynada qeyri-sabitliyin daha da dərinləşəcəyindən ehtiyat etdiklərini bildiriblər.

Bəyanatda eyni zamanda Ukraynanın Kiyevdəki hökumətini 25 mayda keçiriləcək prezident seçkilərinədək hərbi addımlardan çəkinməyə çağırış edilib. Bütün tərəfləri zorakılığa son qoymağa və qeyri-rəsmi qüvvələrin ATƏT nəzarətilə 15 mayadək tərksilah edilməli olduğu bildirilir.

Avropa liderləri öz bəyanatlarında bazar günü Ukraynanın şərqində keçiriləcək muxtariyyət referendumlarının qanuna zidd olduğunu qeyd ediblər. Olland və Merkel Rusiyaya Ukrayna sərhədindəki Rusiya qoşunlarını geri çəkməyə çağırıb. 

Qeyd edək ki, NATO Rusiyanın Ukrayna sərhədində 40 minlik qoşun yerləşdirdiyini bildirsə də, Moskva hərbi qüvvələrini geri çəkdiyini deyir. 

Xatırladaq ki, Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sankisyalarını elan ediblər.


Sizin Reklam Yeriniz