Əlaqə Arxiv
news Image
2014.05.11
20:05
| A A A
Bu gün ərəb komandası İngiltərə çempionu olacaq
Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında sonuncu - 38-ci turun oyunları keçirilir.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, keçirilən bu tur İngiltərə çempionunu bəlli edəcək. Bütün oyunların eyni vaxtda, saat 19.00-da başladığını nəzərə alsaq, hazırda 2-0 hesabı ilə "West Ham United"i məğlub edən "Mançester Siti" çempionluğa yaxınlaşır. Əgər oyun ərəb komandasının qələbəsilə başa çatsa, onlar 86 xalla İngiltərə çempionu titulunu qazanacaq.

Onların ən yaxın izləyicisi olan "Liverpul" isə doğma meydanında "Newcastle United"i 2-1 hesabı ilə udur. Son nəticədə bu komanda qələbə çalsa belə qızıl medal sevincini yaşaya bilməyəcək, bunun üçün isə Mançesterlilər mütləq məğlub olmalıdır.

Xatırladaq ki, 2-ci yer uğrunda Abramoviçin "Çelsi" klubu da mübarizə aparır. Türk futbolçu Məsut Özilin şərəfini qoruduğu "Arsenal" isə "Norwich City" ilə hesabın nəticəsindən asılı olmayaraq 4-cü yeri tutacaq.


Sizin Reklam Yeriniz