Əlaqə Arxiv
news Image
2014.05.13
11:35
| A A A
Paytaxtda 80 faiz endirim fırıldağı

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk, ev 33 ünvanında fiziki şəxs Musayev Ziya Hüseyn oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, mağazanın vitrin pəncərəsində "80% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan bütün malların qiymətinə endirim tətbiq edilmədiyi müəyyən olunub. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş Ziya Musayev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Sizin Reklam Yeriniz