Əlaqə Arxiv
news Image
2014.05.13
18:22
| A A A
İmtahanın nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.  TQDK-nın mətbuat xidmətindən Movqe.az-a  verilən xəbərə görə, may ayının 11-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələri bu gün saat 17:00-dan etibarən açıqlanıb. İmtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə, öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilərlər.  İmtahanda iştirak etmək üçün sənəd vermiş 18 302 abituriyentdən 1304 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 16 998 abituriyentdən 38 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.

Sizin Reklam Yeriniz