Əlaqə Arxiv
news Image
2014.05.14
11:30
| A A A
Təhsil Nazirliyindən nurçulara ağır zərbə
Azərbaycanın Təhsil Nazirliyi Fəthullah Gülən camaatına məxsus "Damla" tələbə yataqxanasının rəhbərliyinə xəbərdarlıq edərək yerləşdikləri binadan çıxmalarını tapşırıb.  Movqe.az AzVision.az-a istinadən verdiyi xəbərə görə, buna səbəb Təhsil Nazirliyi ilə "Damla" rəhbərliyi arasında imzalanan icarə müqaviləsinin bitməsidir. Nazirlik "Damla"nın rəhbərliyini xəbərdar ediib ki, yerləşdikləri binanın icarə müqaviləsi yenilənməyəcək və builki tədris ilinin sonunda bina boşaldılacaq. Yataqxana rəhbərliyi isə nazirliklə müzakirələrin davam etdiyini bildirir. 
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev ötən gün jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanın Memarlıq və İnşaat Universitetinin nəzdində olan "Damla" yataqxanası boşaldılacaq və "Sabah" qruplarında təhsil alan regionlardan gəlmiş tələbələr həmin yataqxanada məskunlaşacaqlar.  Qeyd edək ki, "Damla"nın Türkiyənin ayrı-ayrı bölgələrində də yataqxanaları var.
Sizin Reklam Yeriniz