Azərbaycanda internatlara verilən uşaqlaqların qorxunc statistikası-Özəl
Mehriban Zeynalova: "Zorakılığa məruz qalan, boşanan qadınların iqtisadi problemləri olduğundan onlar uşaqlarını internatlara vermək məcburiyyətində qalırlar"
"Azərbaycanda uşaqların ailələrə verilməsi üçün müxtəlif proqramlar
həyata keçirilsə də, digər tərəfdən internata verilən uşaqların
sayı artır". Bu sözləri Movqe.az-a
açıqlamasında "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban
Zeynalova verib. M. Zeynalovanın sözlərinə görə, dövlət tərəfindən
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların
ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı
Dövlət Proqramı" həyata keçirilsə də, internata verilən uşaqların
sayı artır: "Biz bir tərəfdən internatlardakı uşaqların sayını
azaltmaq istəyirik, digər tərəfdən zorakılığa məruz qalmış qadınlar
uşaqlarını maddi imkanları olmadığından intehnatlara verirlər. Bu
gün internatlarda uşaqların sayının artmasını şərtləndirən amil
budur ki, zorakılığa məruz qalan, boşanan qadınların iqtisadi
problemləri olduğundan onlar uşaqlarını internatlara vermək
məcburiyyətində qalırlar. Mənim fikrimcə uşaqların ailələrə
verilməsi proqramı ilə yanaşı, zorakılığa məruz qalan, məcburiyyət
qarşısında uşağını internata verən valideynlərə sosial dəstək
göstərilməlidir. Həmin qadınların işləməsinə yardım göstərməklə
yanaşı, ciddi işləmək ehtiyacı olan, himayəsində azyaşlı körpəsi
olan qadınlara dəstək göstərilməli, müvafiq proqramlar
işlənilməlidir ki, onlar işləmək üçün, övladlarını internatlara
verməsinlər".
Qeyd edək ki, internat müəssisələrinə verilən uşaqların sayının ilbəilə artdığını statistik rəqəmlər də təsdiqləyir. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 1991-ci ildə 995 uşaq internata verilibsə, 1995-ci ildə bu rəqəm 1033, 2001-ci ildə 2 484 olub. Övladlığa götürülən uşaqların sayı isə 2012-ci ildə 989 olub.