Əlaqə Arxiv
news Image
2014.05.14
16:20
| A A A
Xətaidə fahişə yuvasına basqın
Bakının Xətai rayonunda mənzilində əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib. Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Maral Gülməmmədova həbs edilib. Onun Xətai rayonunda yerləşən mənzilində əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib. Məlumata görə, Maral Gülməmmədova gənc qazları fahişəliyə cəlb edib. Gənc qızları evinə gətirən Maral Gülməmmədova onları müştərilərə satıb. Əldə etdiyi puldan qızlara haqq verib.     Faktla bağlı cinayət işi başlanıb. 
Sizin Reklam Yeriniz