Əlaqə Arxiv
news Image
2014.05.14
19:05
| A A A
Türkiyədə kömür mədənində baş verən qəzada ölənlərin sayı 232-yə çatıb
Müxalifətçi millət vəkilləri isə ən azı 350 fəhlənin öldüyünü bildiriblər

Türkiyənin Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində baş verən qəzada ölənlərin sayı 232-yə çatıb. APA-nın xəbərinə görə, bu rəqəmi baş nazir Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

 

Lakin hadisə yerində olan müxalifətçi millət vəkilləri ölənlərin sayının daha çox olduğunu bildiriblər. Cümhuriyyət Xalq Partiyasının (CHP) hazırda Somada olan millət vəkilləri partiyanın lideri Kamal Kılıçdaroğluna ən azı 350 işçinin öldüyünü deyiblər.  

        

Kömür mədənində baş verən partlayış və yanğın zamanı içəridə 787 fəhlənin olduğu güman edilir. Bu səbəblə ölənlərin sayının daha da artacağı şübhə doğurmur.

Sizin Reklam Yeriniz