3 mindən çox şagird buraxılış imtahanına buraxılmaya bilər
Azərbaycanda builki buraxılış imtahanında iştirak
etməli olan 3151 şagirdin bu imtahanda iştirakı üçün vacib olan
şəxsiyyət vəsiqəsi yoxdur. Movqe.az-ın məlumatına görə, bunu Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu
gün keçirdiyi mətbuat konfansında
bildirib. Hazırda buraxılış
imtahanlarına hazırlıq işlərinin aparıldığını deyən M.Abbaszadə
qeyd edib ki, ölkə üzrə 9 və 11-ci sinif üzrə buraxılış
siniflərində 200 576 nəfər təhsil alır. İndiyə kimi "Şagird-məzun"
elektron məlumat bazasında həmin şagirdlərin 197 165 nəfəri barədə
məlumatlar şəxsiyyəti vəsiqəsi əsasında təsdiqlənib. Şagirdlərin
1,57% faizinin, yəni 3151 nəfərinin sənədləri
yoxdur. M.Abbaszadə deyib ki, XI sinif
üzrə buraxılış imtahanında 85 358 şagird iştirak etməli olsa da,
onlardan 84 608 nəfərinin sənədləri bazada təsdiqlənib. XI sinif
şagirdlərindən 650 nəfərin sənədi yoxdur. Bu isə XI sinif üzrə
buraxılış imtahanında iştirak edəcəyi gözlənilən bütün şagirdlərin
1 faizindən də azını təşkil edir. IX
siniflər üzrə sənədi olmayan şagirdlərlərin sayının kifayət qədər
yüksək olmasına təəssüflənən TQDK sədri bildirib ki, Azərbaycanda
IX siniflərdə 115 255 nəfər imtahanda iştirak etməlidir. Ancaq
onların 112 561 nəfərinin sənədləri təsdiqlənib ki, bu da bütün IX
sinif şagirdlərinin 97% faizini təşkil edir. Təxminən 2500 şagirdin
isə sənədi yoxdur: "Sənədləri olmayan şəxsləri buraxılış imtahanına
gəlməyə qoymayacağıq. Mən valideynlərə müraciət edərək bildirirəm
ki, şəxsiyyət vəsiqələri dövlət tərəfindən verilən sənədlərdir və
uşaqların imtahanda iştirak edə bilməsi üçün həmin sənədləri
vaxtında əldə etmək lazımdır. Şagirdlər sənədlərini müvafiq
qurumlara verdikdən sonra onlarda sənədlərin təhvil verilməsi
haqqında arayış varsa, onda biz onu qeydiyyata götürəcəyik. Amma
sənədlərini toplayıb həmin qurumlara müraciət etməyənləri imtahana
buraxmayacağıq".
M.Abbaszadə qeyd edib ki, TQDK hansısa üzrlü səbəblərlə əlaqədar sənəd ala bilməyənlərə kömək etmək üçün yerlərə müraciət edib: "Amma bunun üçün də həmin şagirdlərin valideynləri və ya himayəçiləri sənəd almaqla əlaqədar müvafiq qurumlara müraciət etməlidirlər".
M.Abbaszadə qeyd edib ki, TQDK hansısa üzrlü səbəblərlə əlaqədar sənəd ala bilməyənlərə kömək etmək üçün yerlərə müraciət edib: "Amma bunun üçün də həmin şagirdlərin valideynləri və ya himayəçiləri sənəd almaqla əlaqədar müvafiq qurumlara müraciət etməlidirlər".