Əlaqə Arxiv
news Image
2014.05.15
12:00
| A A A
Murmanskda həmvətənlərimiz haqda məqalə dərc edilib

 "Murmanski vestnik" qəzetinin çapdan çıxmış növbəti nömrəsində Murmansk vilayətində yaşayan və sayı 25 min nəfərə çatmış azərbaycanlılardan bəhs olunur.

 

Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü Əlihüseyn Şükürov Movqe.az-a bildirib ki, məsələn, nəşrin 2014-cü il 7 may nömrəsində maraqlı informasiya çoxdur.

"Rinqdə qəhrəmanlıq dərsləri" adlı məqalədə deyilir ki, qaynar nöqtələrdə həlak olmuş xüsusi bölmə döyüşçülərinin xatirəsinə Murmansk vilayətində on birinci dəfə tay boksu üzrə "Vımpel" turniri keçirilmişdir. Həmkarlar ittifaqlarının Mərkəzi stadionunun İdman sarayında rinq sahibləri ilə Polyarnı, Zaozersk, Kola, Severomorsk və Polyarnıye Zoridən olan gənc və yaşlı idmançılar yarışmışlar. Ümumiyyətlə, yarışlarda 130 idmançı iştirak etmişdir.


Komanda zaçotunda "Laplandiya" yaradıcılıq sarayının nümayəndələri birinci yeri, monçeqorsklılar – ikinci yeri, Murmanskdakı 7 nömrəli idman məktəbinin yetirmələri isə üçüncü yeri tutmuşlar.


Zaozerskdən olan idmançı Sergey Xoxlenko, monçeqorsklı Denis Polovkov və murmansklı Murad Əliyev qələbə əzminə görə, metallurqlar şəhərindən gəlmiş Ruslan Qumerov, habelə Zapolyarye diyarı paytaxtının nümayəndələri İqor Stolyarov və Maksim Ramazanov ən yaxşı texnikaya görə xüsusi mükafatlar almışlar. Şamil Hüseynov ən yaxşı referi adını qazanmışdır.


Daha sonra "Murmanski vestnik" gündəlik hökumət qəzeti yazır ki, turnirin yekunlarına görə fəxri kürsüyə qalxanlar, kubok və medal alanlar, daha çox fərqlənənlər sponsorlar tərəfindən planşetlər və elektron kitablarla mükafatlandırılmışlar. Onların arasında həmvətənlərimiz də olmuşdur.



Sizin Reklam Yeriniz