Əlaqə Arxiv
news Image
2014.05.15
18:24
| A A A
Varis Türkiyədə ən çox oxunan yazıçılar arasında- SİYAHI

Azərbaycan yazıçısı Varis Yolçuyevin İstanbulda "Kültür Sanat Yayınçılıq Yayın Evi"ndə ayyarım öncə işıq üzü görən "Son Mektup" kitabı Türkiyənin nüfuzlu "1000 Kitap.com" portalındakı "Ən populyar 1000 kitab" reytinqinə daxil olub. Movqe.az xəbər verir ki, "Son mektup" sürətlə irəliləyərək artıq ilk 200-liyə düşüb. May ayının 14-ü kitab 180-ci pillədə qərarlaşmağa müvəffəq olub. Xarici romanlardan Fyodor Dostoyevskinin "Cinayət və cəza", Xalid Hüseyninin "Çərpələng uçuran", Paolo Koelyonun "Kimyagər" kimi, Türkiyə romanlarından isə Elif Şafakın "Aşk", Kahraman Tazeoğlunun "Bukre", Reşat Nuri Güntekinin "Çalıquşu" kimi romanlarının öndə getdiyi reytinqdə Türkiyə kitab bazarında dövriyyədə olan 60 000 adda yerli və xarici müasir, habelə klassik yazarların ən çox bəyənilən romanları yer alıb. Azərbaycanlı yazarın kitabı ən yeni çıxan (2014-cü ilin mart ayı) kitab olaraq reytinqdə ən böyük irəliləyişi ilə diqqət çəkir. Xatırladaq ki, "1000 ən populyar kitab" reytinqi adıçəkilən ədəbiyyat portalında "Ən çox oxunan kitablar" və "Ən yaxşı kitablar" reytinqləri ilə yanaşı, çoxminli ədəbiyyat həvəskarlarının rəyləri əsasında formalaşır.

Top 1000-ə daxil olan maraq doğuracaq romanların mövqelərini və əmsallarını nəzərinizə çatdırırıq:


1. "Aşk". Elif Şafak 7879

2. "Bukre". Kahraman Tazeoğlu 7774

3. "Olasılıksız". Adam Faver 6936

4. "Cinayət və cəza". Fyodor Dostoyevski 5920

5. "Çərpələng uçuran". Xalid Hüseyni 5801

6. "Səfillər". Viktor Hüqo 5490

7. "Səndən öncə mən". Jojo Moyes 4557

8. "Üreyim seni çok sevdi". Canan Tan 4283

9. "Min möhtəşəm yüzil". Xalid Hüseyni 4003

10. "Şəkər portağalı". Joze M.De Vaskoncelos 3621

- ------------------------------------------------------------------

12. "Kimyagər". Paolo Koelyo 3354

16. "Xəz dərili madonna". Səbahəddin Ali 2715

20. "Da Vinçi şifrəsi". Dan Braun 2131

22. "Babalar və oğullar". İvan Turgenyev 1958

30. "Dönüşüm". Frans Kafka 1550

53. "Madam Bovari". Qustav Flobert 1061

54. "Martin İden". Cek London 1060

56. "Qraf Monte Kristo". Aleksandr Düma 1028

67. "Serenada". Zülfü Livaneli 907

69. "Anna Karenina". Lev Tolstoy 893

80. "Kiçik şahzadə". Anton de Eksuperi 807

83. "Aclıq". Knut Hamsun 792

94. "Od". İskender Pala 705

101. "Notterdam kilsəsi". Viktor Hüqo 669

123. "Ətriyyatçı". Patrik Züskind 575

142. "Yarpaq tökümü". R.N.Güntekin 515

178. "Robinzon Kruzo". Daniel Defo 459

180 "Son məktub". Varis 450

187. "Yabançı". Albert Kamyu 427

200. "Yüz ilin tənhalığı". Qabriel Markes 411

205. "Qırmızı və qara". Stendal 404

275. "Köylülər". Onore de Balzak 329

306. "Mənim adım qırmızı". Orxan Pamuk 305

312. "Əsrə bərabər gün". Çingiz Aytmatov 301

391. "Cen Eyr". Şarlotta Bronte 249

398. "Don Kixot". M.Servantes 246

421. "Harri Potter və Azkaban dustağı". J.K.Roulinq 237

436. "Gənc Verterin iztirabları". İohann Höte 233

447. "Dodaqdan qəlbə". R.N.Güntekin 227

458. "Ölü canlar". Nikolay Qoqol 221

475. "Şerlok Holms və Doktor Vatson". Artur Konan Doyl

213 ----------------------------------------------------------------------

1000. "Ov". Kristin Kast 124

Sizin Reklam Yeriniz