Əlaqə Arxiv
news Image
2014.05.17
18:05
| A A A
İmran Cəfərzadənin ailəsi 4 milyona yaxın təzminat istədi
Xaçmazda "Nabran Village Holiday" istirahət mərkəzində azyaşlı İmran Cəfərzadənin ayağını itirməsi ilə nəticələnən hadisəyə görə ötən gün məhkəmə prosesi keçirilib.

Movqe.az Anspress0ə istinadən xəbər verir ki , Xaçmaz rayon məhkəməsinin hakimi Anar İbrahimovun  verdiyi məlumata görə, məhkəmədə İ.Cəfərzadənin xəsarət almasında təqsirli bilinən istirahət mərkəzinin işçiləri Ramiz Əhmədov və Firdovsi İsmayılov dindirilib.

Daha sonra zərərçəkən İ.Cəfərzadənin nümayəndəsi onun atası İbrahim Cəfərov və qanuni nümayəndəsi, babası Cavanşir Baxşıyev mülki iddia qaldırıb. Onlar məhkəmədə hakimdən İ.Cəfərzadəyə və onun ailəsinə dəyən maddi-mənəvi zərərə görə, 3 milyon 500 min dəyərində təzminat ödənilməsi barədə qərar çıxarmağı xahiş edib.

Hakim isə məhkəməni iyunun 3-dək təxirə salıb.
Sizin Reklam Yeriniz