Əlaqə Arxiv
news Image
2014.05.17
21:01
| A A A
Ölü sayı 301-ə yüksəldi
Soma faciəsində ölənlərin sayı 301 nəfərə çatıb. 

Movqe.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız verib. 

Taner Yıldız qeyd edib ki, hazırki vəziyyətə görə, 301 nəfər dünyasını dəyişib. O bildirib ki, 485 nəfər mədənçi isə xilas edilib:

"İki nəfər işçimiz mədəndə yeri müəyyən edilib. Onları da çıxarmağa çalışırıq. Bütün mədən yoxladıqdan sonra son nəticəni mətbuata açıqlayağıq".

Qeyd edək ki, mayın 13-də yerli vaxtla saat 15:45-də Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində dəhşətli partlayış baş vermişdi. Hadisə zamanı mədəndə 700-dən artıq fəhlə olub və onlardan bu dəqiqəyə qədər 299 nəfərin dünyalarını dəyişdiyi təsdiqlənib. Hadisə nəticəsində çox sayda fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sizin Reklam Yeriniz