Əlaqə Arxiv
news Image
2014.05.18
11:00
| A A A
Xəstəxanada uşaq ölümü (VİDEO)
Ailədə uşağın dünyaya gəlməsi, həmin evə sevinc, yeni nəfəs gətirir. Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, amma Nuriyevlər ailəsi bu sevinci uzun müddət yaşaya bilməyiblər. Yeni dünyaya gələn körpənin ölümündə isə onlar həkimi günahlandırırlar.

Nuriyevlər ailəsi ötən gün səhərlərini yeni dünyaya gələn qız nəvələrinin ölüm xəbərilə açıblar. Ötən gün səhər saatlarında Suraxanı rayonunda yerləşən 3 saylı doğum evində uşaq dünyaya gətirən Ayşən Abdullayevanın qız övladı ölüb. Onlar deyir ki, Ayşən xəstəxanaya gətiriləndə vəziyyəti normal olub. Hamiləlik dövründə də müayinə zamanı onun heç bir problemi olmayıb. Uşaq da dünyaya gələndə normal çəkidə olub. Valideynlər deyir ki, əvvəlcə həkimlər uşağın vəziyyətinin ağır olması və onun dünyasını dəyişməsi barədə heç bir söz deməyiblər. Valideynlər məsələdən xəbər tutanda isə artıq iş-işdən keçmiş olub.

Ayşənin anası Zahidə Nuriyevanın sözlərinə görə, qızım zəng vurub ki, bəs uşaq yoxdur aparıblar aşağı: "Mən dedim ki, necə yəni yoxdur. Gəldik bura, amma bizə uşağı göstərmədilər. Gəlmişəm qapını açmırlar. Nə bir həkim var, nə bir tibb başısı var, burda o qədər ağır xəstə var ki". 

Ayşən Abdullayeva onun övadının ölməsinə səbəb kimi həkimlərin ondan pul istəməsini və onun isə bu pulu verə bilməməsini əsas gətirir.

Həkim isə validyenlərin dediklərilə qətiyyən razılaşmır. O deyir ki, Ayşən Abdullayevə xəstəxanaya gətirilən kimi ona yardım edilib. Uşaq anadan olan zaman vəziyyəti ağır olub və bu barədə valideynlərə məlumat verilib. Pul məsələsinə gəldikdə isə həkim deyilənləri əsassız adlandırıb. 

Ginekoloq Nailə Abdullayeva deyir ki, orda ciftdə problem var idi: "Qatılaşmışdı, biz onun bədənini təmizlədik. Uşağın 20 dəqiqədən sonra nəfəsi gəldi, oda çətin. Ümumiyyətlə pul söhbəti olmayıb". 



Sizin Reklam Yeriniz