Azərbaycanda hərbi hissələr xüsusi rejimə keçdi
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən bildiriblər ki, havanın
temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi
heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması
məqsədilə müdafiə naziri
general-polkovnik Zakir
Həsənovun əmrinə əsasən, hərbi hissə və
birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına
başlanılıb. Əmrə əsasən, havanın
hərarətinin yüksək olduğu günlərdə şəxsi heyətin isti və
günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri saat 11:00-dək
və 17:00-dan sonra keçirilməli, hərbi qulluqçulara günorta
saatlarında istirahət verilməlidir.
Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə olmamalı, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilməli, açıq səma altında görülən xidməti işlərə cəlb olunmamalı, hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılmalı, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilməlidir.