Əlaqə Arxiv
news Image
2014.05.19
14:56
| A A A
Energetik içkilərdə ölüm təhlükəsi

Havalar istiləşdikcə sərinləşdirici içkilərə tələbat da artır. Ürəyinin yanğısını söndürmək üçün ən çox qazsız işkilərə üstünlük verilsə də, tərkibində kokain olan sərinləşdirici içkilərdən istifadə edənlər də az deyil. Yayın istisində sərinləmək istəyənlər bəzən əhval-ruhiyələrini də yüksəltmək üçün energetik içkilərə üstünlük verirlər.  Avropa ölkələrinin əksəriyyətində energetik içkilərin satışı yasaqlansa da, Azərbaycanda bu gündə hər adda energetik içkinin satışına rast gəlinir. Ən dəhşətlisi isə bu içkinin aludəçilərinin gənclər olmasıdır. Avropada isə artıq energetik içklərlə bağlı həyəcan təbili çalınıb. Yayılan xəbərə görə, Almaniyanın dörd federal sahəsində tərkibində kokain tapıldıqdan sonra, "RedBullCola" energetik içkisinin satışına müvəqqəti qadağa qoyulub. İçkinin tərkibində kokain izlərini Şimali Reyn Vestfali-ya Səhiyyə və əmək institutunun əməkdaşları tapıblar. Onların fikrincə, içkidə kokain izlərinin aşkar edilməsi kokabitgisinin tərkibində narkotik elementin olmasıdır. Bu bitginin yarpaqlarından aromatik komponent kimi istifadə olunduğubildirilir. Qeyd edəkki, son illər bütün dünyada energet ikiçkilərin satışı çoxalıb. Hətta  bu cür içkilərə gənclərin marağını artırmaq üçün məhsulun reklamına tanınmış idmançılar da cəlb olunur. Enerjili içkilər fiziki aktivliyi artırmağa hesablandığından, onlardan istifadə zamanı kefi olmayan insanın belə əhval-ruhiyyəsi kökəlir. Elə Azərbaycanda da məhz bu amilə görə, energetic içki alıcılarının sayı kifayət qədərdir. Hətta bu içkidən otel və barlarda da müştərilərə təklif olunur. Bu içkilərin satışının dünyanın dörd ölkəsində yasaqlanmasına baxmayaraq, ölkəmizdə satışına nə üçün icazə verildiyi ilə maraqlandıq. Respublika Sanitar Karantin Müfəttişliyinin rəis müavini Cəfər Əhmədov bizə bildirdiki, "RedBull" içkisi təmsil etdiyi qurumun laborotoriyasında yoxlamadan keçirilir. Amma müayinələr zamanı həmin içkinin tərkibi ağır metalların olub-olmadığına görə yoxlanılır: " İçki laborotoriyada toksiki maddələrə və ağır metalların olub-olmadığına görə müayinədən keçirilir.  Bu cür içkilərin tərkibi narkotik qatqısına görə yoxlanılmır. Bu yoxlama növü energetik içkilər üçün lüzumsuz sayılır". Amma ümumiyyətlə C.Əhmədov qurumun laborotoriyasının bu cür imkana malik olmadığını da bildirdi. Onun sözlərinə görə, energetik içkilərin tərkibini narkotik qatqıya görə, müayinə etmək üçün xüsusi laborotoravadanlıq olmalıdır. İçkinin ölkəmizdə satışına gəlincə, C.Əhmədov deyir ki, hər hansı içkinin ölkəyə idxalını yasaqlamaq üçün Avropanın Ərzaq Təhlükəsizliyi Komissiyasının və Ümümdünya Səhiyyə təşkilatının qərarı olmalıdır: "Tərkibi zərərli olan məhsulun idxal edildiyi ölkələrdə satışını və ölkəyə gətirilməsini yasaqlamaq üçün bu barədə adıçəkilən qurumlar məktub göndərir. Bundan sonra məhsulun satışına qadağa qoyulur".


Spirtlə istifadə zamanı öldürür


Qeyd edək ki, artıq dünyanın əksər ölkələrində energetik içkilərin tərkibi şübhəli olduğundan satışına qadağalar tətbiq edilir. Məlumatlara görə, hazırda ölkəmizdə satılan  "RedBull" içkisinində Fransa, Danimarka, Norveç, Kanada, Malaziya kimi bəzi ölkələrdə satışı yasaqlanıb. Hətta Amerikan Diyetetik Birliyi bu enerji içkisi spirtlə birlikdə istehlak edildiyi, zaman ölümə səbəb olduğu barədə həyəcanlı xəbərlər yayıb. Amerikada isə bəzi universitetlər bu içkinin istehlakına qadağa tətbiq ediblər. İngiltərə Qida Standartlar Təşkilatı, 14 yaşdan kiçik uşaqların, bu içkini istehlak etdikləri zaman davranış pozğunluqları ilə üzləşdiyini bildirib. İsveçdə isə, İsveç Milli Qida İdarəsi, haqqında danışılan enerji içkinin spirtlə qarışdırılmaması və ağır məşqlərdən sonra istifadə edilməməsi mövzusunda ictimaiyyəti xəbərdar edib.


Narkotikaya görədə yoxlanılmalıdır


Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyir ki, energetik içkilərin əhval-ruhiyəni yüksəltməsi bu cür məhsulların tərkibində kakoin olması şübhəsini artırır: "Araşdırmalar göstərir ki, bu içkilərə təsadüfən enerji içkiləri deyilmir. Bu içkilər həqiqətən zehnivə fiziki fəaliyyəti bir neçə saatlıq yaxşılaşdırır. Həddən artıq qəbul edildikdə isə həssaslıq, əsəb və yuxusuzluq əmələ gətirə bilər. Deməli bu içkilərin tərkibi narkotikə görə də yoxlanılmalıdır. Amma çox təəssüf ki, bizdə belə bir laborotoriya yoxdur. Ölkəyə gətirilərkən ərzaq məhsullarının üzərində ekspertiza metodikası olmadığından, onların tərkibinin hansı yoxlamalardan keçirildiyi bilinmir. Dünyada eksperziza aparan aparıcı universitetlərin ener-getik içkilərlə bağlı verdiyi mənfi rəylər isə, bu cür içkilərin ölkəyə gətirilərkən tərkibinin narkotikaya görə yoxlanılmasını şərtləndirir. Enerjilii çkilərinin 65% istifadəçisinin gənclər - 13-35 yaş kateqoriyası olduğu mütləq nəzərə alınmalıdır".


"qırmızı öküz" basketbolçunu öldürüb


Onu da qeyd edək ki, tibb mütəxəssisləri energet ikiçkilərin uzunmüddətli təsirlərini hələ dəqiqləşdirə bilməsələrdə, bu içkilərin tərkibində insan orqanizmi üçün zərərli həddən çox şəkər və kafein olduğunu təsdiqləyiblər. Bu səbəbdən enerji içkiləri hətta böyüklərə də məhdud miqdarda qəbul etmək tövsiyyə edilir. Gündə 250 ml-lik içkinin heç bir təhlükəsi olmasa da, 2-3 dəfə içməyin orqanizmdə kafeinin səviyyəsini təhlükəli həddə qaldırmaq ehtimalının olduğu bildirlir. 


Yetkinlik yaşına çatmayanlara və gənclərə energetik işkilərdən təhlükə!


Azərbaycanda həkimlər də xüsusilə uşaqlara və gənclərə bu içkinin istifadəsini məsləhət görmür. Terapevt Cümşüd Məmmədov deyir ki, energetic içkilərin əhval-ruhiyyəni yüksəltməsi onun tərkibində kokain olması şübhəsini artırır: "Yeniyetmələrin, gənclərin energetik içkilərdən istifadəsi asılılıq yarada bilər. Bu isə onların narkotikaya meyilini sürətləndirə bilər. Eyni zamanda yeniyetmələrin inkişaf dövründə bu cür içkilərin istifadəsi məqsədəuyğun deyil". 



Sizin Reklam Yeriniz