Əlaqə Arxiv
news Image
2014.05.19
15:00
| A A A
Azərbaycanda malyariya xofu
Sülyeman Məmmədov: "Malyariyaya yoluxma faktı qeydə alınmayıb"

Azərbaycanda malyariya ilə bağlı monitorinqlərə start verilib. Bu barədə məlumatı Movqe.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) parazitologiya şöbəsinin rəhbəri Süleyman Məmmədov verib. S. Məmmədov bildirib ki, hazırda monitorinq keçirilən ərazilərdə vəziyyət stabildir. Malyariyaya yoluxma faktı qeydə alınmayıb.  

S. Məmmədov bildirib ki, bu yay hələki malyariyaya yoluxma halına ölkə ərazisində rast gəlinməyib. 8 ayın satistik göstəriciləri ölkə ərazisində yeni malyariyaya yoluxma halının qeydə alınmadığını göstərir. S. Məmmədovun sözlərinə görə,ötən il malyariyaya yoluxma halı üç nəfərdə qeydə alınıb ki, onlar da xarici ölkələrdə bu xəstəliyınə yoluxanlardır: "Ölkədə malyariya xəstəliyi ilə bağlı vəziyyət təhlükəli deyil. Malyariya xəstəliyinin kütləvi yayılması sonuncu dəfə 1996-1997-ci illərdə baş verib. Həmin dövrdə 13135 nəfərin bu xəstəliyə yoluxduğu qeydə alınıb. İndi demək olar ki, ölkədə malyariya ilə bağlı ciddi təhlükə yoxdur. May ayından başlayaraq endemik ərazilərdə profilaktik tədbirlər həyata keçirilir. Xəstəliyin əsas yayıcısı olan "anofeles" ağçaqanadların kökünü kəsmək üçün nəmişlik olan rayonlardakı bataqlıqlar dizenfeksiya olunur. Malyariya ocaqlarında potensial infeksiya mənbələrini zərərsizləşdirmək məqsədi ilə kimyəvi profilaktika işləri də aparılır".

Sizin Reklam Yeriniz