Əlaqə Arxiv
news Image
2014.05.20
10:34
| A A A
Azərbaycanlı şagird Somaya yardım etdi (FOTO)
Məktubda azərbaycanlı şagird öz kədərini ifadə edir və onlar üçün Allahdan rəhmət diləyir

Xırdalan şəhəri 3 saylı orta məktəbin 3-cü sinif şagirdi Soma faciəsində zərərçəkənlərə məktub yazıb və onlara öz cib xərcliyi ilə yardım göndərib. Bu barədə məlumatı "İrfan" dərgisinin baş redaktoru Nurlan Məmmədzadə sosial şəbəkədəki səhifəsində yayıb. Soma şəhidlərinin ailələrinə ünvanlanmış məktubda azərbaycanlı şagird öz kədərini ifadə edir və onlar üçün Allahdan rəhmət diləyir.


"Əziz qardaşlarımız!


Somadadakı bu hadisəyə görə, çox üzüldük. İnşallah yerləri cənnət olar. Onlar qaranlıq bir yerdən cənnətə getdilər. Onlar şəhid oldular. Allah əzizlərinizə rəhmət etsin. Biz də sizin acılarınızı paylaşırıq və həmişə sizinləyik. Bilin ki, Azərbaycanda da sizin sevincinizi və acılarınızı paylaşan bacı və qardaşlarınız var.


Mehdi Məmmədli

Xırdalan şəhəri 3 saylı məktəbin 3b sinif şagirdi"


Qeyd edək ki, yardımın məbləği barədə məlumat verilməyib.


Allah qəbul etsin!

Sizin Reklam Yeriniz