Əlaqə Arxiv
news Image
2014.05.20
11:06
| A A A
Tovuzda evə ildırım düşdü, 10 yaşlı uşaq xəsarət aldı

Ötən gecə Tovuzun Qovlar şəhərində evə ildırım düşüb.


Qovlar şəhər İcra Nümayəndəsi Oruc Binnətovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə axşam saat 8 radələrində şəhərin Nizami küçəsi, dalan-1 ünvanında baş verib. Şəhər sakini, Aygün Rəhimovaya məxsus evə düşən ildırım evin elektrik sayğacını sıradan çıxardıb və naqilləri əridib. Bundan başqa, ildırım yaşayış evinin bəzi hissələrində yanıq izləri buraxıb. Hadisə zamanı A. Rəhimovanın qonşusu - Həmidə Əsgərovanın da evinə ziyan dəyib. Evin elektrik sayğacı və naqillər yararsız hala düşüb. Evdə olan 10 yaşlı Arzuman Hüseynov ildırım düşmə nəticəsində qolundan yanıq xəsarəti alıb. İlk tibbi yardım alan azyaşlının vəziyyətinin normal olduğu bildirilir. 


Sizin Reklam Yeriniz