Əlaqə Arxiv
news Image
2014.05.20
15:55
| A A A
Sabah Azərbaycanda havanın temperaturu bir qədər də enəcək

Azərbaycanda havanın temperaturu bu günlə müqayisədə bir qədər də enəcək və bununla da temperaturun iqlim normasına yaxınlaşacağı gözlənilir.


Movqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, arabir yağış yağacağı gözlənilir. Bu gün müşahidə edilən küləkli hava şəraiti sabah da davam edəcək. 


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-18, gündüz 20-25 dərəcə isti olacaq.


Mayın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı gözlənilir.


Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq. 

Sizin Reklam Yeriniz