Əlaqə Arxiv
news Image
2014.05.20
16:07
| A A A
İnternatda 7 yaşlı uşağın döyülməsi faktına görə idarə rəisi nazirə hesabat verməli oldu

Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağı dubinka ilə döyüblər. İnternat evindəki mənbənin verdiyi məlumata görə, hadisə bir neçə gün öncə baş verib. 7 yaşlı Mahir orada çalışan müəllimələrin biri tərfindən döyülüb. Uşağın başından dubinka ilə vurub. O, ağır zədə alıb. Uşağın döyülməsinin səbəbinə gəlincə, mənbə bildirir ki, buna səbəb onun nadinc olmasıdır. Mahirin Gülya adlı müəllimə tərəfindən döyüldüyü bildirilir. Gün ərzində qarşı tərəfin də fikri öyrəniləcək. Daxili İşlər Nazirliyi məsələdən xəbərdardır.  İnternat evindən uşağı döyənlərin cəzəlandırılacağı məsələsinə də münasibət bildiriblər: "Uşağı döyənlər yəqin ki cəzalanıdırılacaq. Onun müəllimlər tərəfindən döyüldüynə inanmırıq. Hazırda Mahir uşaqlarla oynayır".

Qeyd edək ki, mətbuatda yayılan məlumatlarda qeyd olunub ki, Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı Mahir müəllimləri tərəfindən dəyənəklə döyülüb. Məsələdən Təhsil Nazirliyindən də xəbərdardılar. Nazirlik artıq işlə bağlı araşdırmala başlayıb.  Movqe.az məsələ ilə bağlı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva ilə əlaqə saxlamağa cəhd edib. M. Hacıyevanın köməkçiləri Movqe.az-ın əməkdaşına rəisin Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın döyülməsi faktı ilə bağlı rəhbərliyin yanında olduğunu söyləyiblər: "Hazırda Məlahət xanım məsələ ilə bağlı nazirə məruzə edir. Rəhbərliyin yanındadır".  

Sizin Reklam Yeriniz