Əlaqə Arxiv
news Image
2014.05.21
10:56
| A A A
Qazaxıstanda VII Astana İqtisadi Forumu başlayıb

Bu gün Qazaxıstanın Astana şəhərində VII Astana İqtisadi Forumu başlayıb. 21-23 may müddətində keçiriləcək tədbirin əsas mövzusu qlobal iqtisadi böhrandan çıxış yollarını axtarmaqdır.

Tədbirə dünyanın 150 ölkəsindən 10 minə yaxın iştirakçı qatılıb ki, onların da sırasında keçmiş və hazırkı hökumət başçıları və üzvləri, beynəlxalq təşkilatların, maliyyə institutlarının rəhbərləri, tanınmış ekspertlər var. Forumda Azərbaycandan da nümayəndə heyəti iştirak edir. Qeyd edək ki, forum çərçivəsində 70-ə yaxın sessiyanın keçirilməsi nəzərdə tutulub.


Sizin Reklam Yeriniz