Əlaqə Arxiv
news Image
2014.05.21
16:49
| A A A
Ədliyyə orqanlarında işləmək istəyənlər imtahana çəkiləçək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 3-də Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən fevral ayından başlayıb və martın 26-da başa çatır. Artıq imtahanda iştirak etmək üçün 350-dən çox namizəd müraciət edib. İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq. İmtahan saat 10.00-da Azərbaycan Texniki Universitetinin idman sarayında keçiriləcək. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 31 may və 2 iyun tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər. İmtahan 3 saat davam edir və namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunur: 80 sual namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır , 20 sual isə namizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar. 

İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək.

Sizin Reklam Yeriniz