Əlaqə Arxiv
news Image
2014.05.21
17:48
| A A A
Ramazan ayının başlanma tarixi dəyişə bilər
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) müqəddəs Ramazan ayının başlanma tarixi ilə bağlı açıqlama veriblər. QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov ANS PRESS-ə açıqlamasında 28 iyun tarixinin ilk niyyət axşamı olduğunu söyləyib. O, bildirib ki, 29 iyun tarixi isə Ramazan ayının birinci günüdür: "Bu tarix bir gün qabağa da çəkilə bilər. Bu təxmini təqvimdir. Hər şey ayın görünməsindən aslı olacaq".
Müqəddəs Payızov Qurban bayramının qeyd olunma tarixindən də danışıb: "Ramaza ayı 28 iyunda başlayarsa Qurban bayramı 4 oktyabr tarixinə düşəcək. Əgər Ramazan ayı iyunun 29-da başlayarsa, onda Qurban bayramı 5 oktyabr tarixində qeyd olunacaq". 
Sizin Reklam Yeriniz