Azercell-dən yeni “Gecə tarifi” kampaniyası ilə 1 dəqiqə cəmi 2 qəpik
Keyfiyyətli xidmət və etibarlı şəbəkə ilə
yanaşı, ölkənin mobil rabitə bazarının lideri olan Azercell daim öz
abunəçilərini sərfəli kampaniyalar, endirimli tarif paketləri və
geniş sayda xidmətlərlə sevindirir. Şirkət abunəçiləri üçün növbəti
sərfəli endirim kampaniyasını təqdim etdi.
Beləliklə, 21 may tarixindən
etibarən şirkət bütün SimSim abunəçiləri üçün xüsusi Gecə Tarifi
Kampaniyasına başlayır. Kampaniyanın keçiriləcəyi müddət ərzində
abunəçilər gecə saat 00:00-dan səhər 06:00-a qədər şəbəkədaxili
zənglər zamanı inanılmaz güzəştlə danışacaqlar. Belə ki, qeyd
olunan saatlarda şəbəkədaxili zənglər 1 dəq 2 qəpik tarifi ilə
hesablanacaq. Kampaniyaya qoşulmaq üçün abunəçilər 9888 qısa
nömrəsinə boş SMS göndərməlidirlər. Kampaniyadan imtina etmək üçün
isə abunəçi STOP sözünü yazıb, 9888 qısa nömrəsinə göndərə bilər.
Göndərilən SMS-in qiyməti 1 qəpik təşkil edir. Onu da bildirək ki,
yeni kampaniya 21.08.2014 tarixinə qədər, yəni düz 3 ay davam
edəcək.
Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar müştəri xidmətləri və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.