Əlaqə Arxiv
news Image
2014.05.21
21:04
| A A A
7 yaşlı uşaq İnternatda döyülməsindən danışdı- Video
Dünən Bizimyol.info saytı Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın xəsarət alması ilə bağlı məlumat yaymışdı. Məlumatda uşağın müəlliməsi tərəfindən döyülməsini bildirmişdi. Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirmişdi ki, ilkin araşdırma nəticəsində uşağın neçə gün qabaq axşam saatlarında qaçarkən yıxılaraq alnından zədə alması və gözünün altındakı o qaraltıların da aldığı zədənin nəticəsində yarandığı qənaətinə gəlinib. Həmçinin bu gün Təhsil Nazirliyi də sözügedən uşaqla bağlı apardığı araşdırmanın nəticəsi kimi uşağın döyülmədiyi, yıxıldığı barədə məlumat yaymışdı. Amma hər iki nazirliyin yaydığı məlumat yalan çıxdı. Bir neçə dəqiqə əvvəl YouTube portalında həmin uşağln videosu yayılıb. O, məktəbin direktoru tərəfindən döyüldüyünü açıq şəkildə bildirir:Movqe.az Bizimyol.info-ya istinadən həmin videonu təqdim edir: 
Sizin Reklam Yeriniz