Əlaqə Arxiv
news Image
2014.05.22
16:18
| A A A
Şahzadə Çarlz Putini "Hitler"ə oxşatdı

Şahzadə Çarlzın "Putin Hitler kimi davranır" deyərək Rusiya Dövlət başçısını Hitlerə bənzətməsi İngiltərənin gündəmini xeyli vaxtdır məşğul edir. Bu haqda Movqe.Az "Daily Mail"ə istinad  edir.

Qəzetlərin başlıqlarını dolduran xəbərdən sonra Rusiya İngiltərədən rəsmi şərh istəyib.

 Daily Mail , Şahzadə Çarlzın bu bənzətmədə haqlı olduğunu müdafiə edərək , qəzəbli Rus diplomatların Şahzadə Çarlzın bənzətməsilə əlaqədar bu gün İngiltərədən rəsmi şərh istəyəcəklərini yazıb.


Rusiyanın bu mövzudyla bağlı Xarici İşlər Nazirliyində üz-üzə görüşdə israr etdikləri deyilib. Putinin Ukraynadakı hərəkətlərini Hitlerin 1930-cu illərdə Şərqi Avropada torpaq almasına bənzədən Şahzadə Çarlzı İngiltərənin üç əsas partiyası müdafiə edir.


London Evening Standard qəzeti də "Çarlzın Putinə Hitler hücumu dəstək gördü" başlıqlı xəbərində Şahzadə Çarlzın həssas mövzularda danışma haqqını hökumətin dəstəklədiyini yazıb..

Sizin Reklam Yeriniz