Əlaqə Arxiv
news Image
2014.05.22
21:15
| A A A
Sabahdan hava yenə isinəcək

Sabah Azərbaycan ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər də yüksələcək, temperatur bəzi yerlərdə 32 dərəcə isti olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Gündüz cənub küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-19, gündüz 23-28 dərəcə isti olacaq.


Mayın 22-də Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.


Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz