Əlaqə Arxiv
news Image
2014.05.22
22:20
| A A A
“Son zəng” xəbərdarlığı
"Ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər"

Təhsil Nazirliyindən "Son zəng" tədbirinin təşkili ilə bağlı açıqlama verilib. Nazirliyin mətbuat xidmətindən anspress-in sorğusuna cavab olaraq bildiriblər ki, bu il ümumtəhsil məktəblərində "Son zəng" tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq: 


"Yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, "Son zəng" tədbiri bilavasitə müəssisədə keçirilsin, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunsun, təhlükəsizliklə bağlı lazımi işlər görülsün."Son zəng" tədbirinin tələb edilən səviyyədə təşkili üçün bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər".



Sizin Reklam Yeriniz