Əlaqə Arxiv
news Image
2014.05.23
12:45
| A A A
İbiza adasında neft tapıldı , məşhurlar üsyan etdi

İspaniyanın məşhur əyləncə və turizm cənnəti İbiza Adası sahillərində əhəmiyyətli neft ehtiyatlarının olduğu açıqlanıb. Bu xəbər xalqın , həm də məşhurların etirazına səbəb olub. İspanlar neftin turizmin qarşısını kəsəcəyi narahatlığı ilə hökumətdən neft axtarışlarına dərhal son verməsini istəyib.

Movqe.Az xəbər verir ki, İbiza sakinləri isə "Neftə yox" şüarları müşayətində soyunaraq adalarında ətraf mühütün çirklənməsini istəmədiklərini söyləyib.Etirazların çoxalması ilə şərh etmək məcburiyyətində qalan ətraf mühit nazirliyi axtarışlarla əlaqədar geniş bir hesabatın növbəti günlərdə ictimaiyyətə açıqlanacağını bildirib.


Adada evləri olan çox sayda məşhur da etirazını bildirib. Aralarında Qalatasarayda futbol oynayan Snaijder cütlükləri də olmaqla Luis Figo , Iker Casillas , Zinedine Zidane , Sergio Ramos , Guti , Piqu , Xavi və Villanın İbiza adasında evləri var.

Sizin Reklam Yeriniz