Əlaqə Arxiv
news Image
2014.05.23
17:21
| A A A
Azərbaycanda narkomanların ölümə aparan ağır narkotiklər

"Azərbaycanda narkomanlar "kannabis" və "opium"  qruplarına aid, tərkibinə kimyəvi maddələr əlavə olunan ağır narkotiklərdən istifadə edirlər. Həmin narkotik vasitələrinibu xəstəliyə mübtəla olanlar  inyeksiya vasitəsilə bədənə yeridirlər. Bu isə narkomanlar arasında müxtəlif sağalmaz viruslarınyayılmasına gətirib çıxarır".

Bu sözləri Movqe.az-a açıqlamasında  Narkotiklərə Qarşı Mili Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev söyləyib. Ofis rəhbərinin sözlərinə görə, narkomanlararasında QİÇS, Hepatitin müxtəlif növlərinə yoluxma halları bu səbəbdən daha çox baş verir: "Narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə- İİV/ QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Bu virusa yoluxanların 65 faizi inyeksiya vasitəsilə narkotik vasitə qəbul edənlərdir. Təhlillər bir daha sübut edir ki, İİV/QİÇS-ə yoluxma hadisəsi narkomanlar arasında daha tez baş verir. Narkomanlar arasında bu virusların yayılmasına ən çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, şpris və ya digər yoluxmuş alətlərin birgə istifadəsi səbəb olur Bu çox təhlükəli bir vəziyyətdir".

Həmsöhbətimizin sözlərinə görə, ölkədə gənclərin sağlam həyat  tərzi istiqamətindəaparılan işlərə baxmayaraqölkədə gənclər arasında narkotikə meyillilik halları artır. M. Əfəndiyev Azərbaycandanarkomaniyanın ili-ildən cavanlaşdığınısöyləyir: "Əvvələllərnarkomanların yaş senzi 25-30 yaş arasında dəyişirdisə, indi rəsmi statstikaya görə bu yaş həddi 16-17 arasındadır. Ona görə , son illər cinayət törədən narkomanlarınyaş senzi aşağı düşür. Cinayət törədən narkomanların çoxu 16-17 yaşlı gənclərdir".

Ofis rəhbəri problemdən çıxış yollarındanbirinin ən vacibinin narkomanlarınmüalicə edilərək cəmiyyətə qaytarılmasında görür. M. Əfəndiyev deyir ki, narkomanlaracəmiyyət tərəfindən münasibət dəyişməlidir: "Cəmiyyətin narkoistifadəçilərəmünasibəti xoşagələn deyil. Narkoman heç bir cinayət törətməsə belə, həm cəmiyyət, həm hüquq mühafizə orqanları narkoistifadəçiyə potensial cinayətkar kimi baxır. Halbuki narkomana cəmiyyətdə xəstə kimi yanaşılmalıdır ki, o, mövcud probleminin aradan qaldırılmasıüçün müvafiq strukturlara müraciət edə bilsin. Amma münasibət fərqli olduğundan, narkomanlar cəmiyyətdən tədricən tədric olunurlar. Düzdür, hüquq mühafizə orqanları qanun çərçivəsindədüzgün olaraq mübarizə aparırlar. Amma elə narkoistifadəçilər var ki, cinayət törətməsə belə onlar da hüquq mühafizə orqanları tərəfindən qeydiyyatagötürülür. Narkomanların cinayət məsuliyyətinə cəlb olunaraq həbsxanaya göndərilməsi düzgün deyil. Hər kəs başa düşməlidirki, xəstənin yeri həbsxana yox, müalicə mərkəzidir. Ona görə , narkomanlaraqarşı alternativcəzalar müəyyən olunmalıdır. Bunun üçün prsessual məcəlləyə Cinayət Məcəlləsinədəyişikliklər edilməlidir. Narkotik maddədən asılı şəxslər İslah Əmək Müəssisəsinə yox, müalicəyə cəlb olunmalıdır. Narkoistifadəçilər üçün RablitasiyaMərkəzi yaradılmalı, onlar müalicə edildikdən sonra cəmiyyətə qaytarılmalıdır".

 

Sizin Reklam Yeriniz