Əlaqə Arxiv
news Image
2014.05.24
12:05
| A A A
Misirdə seçkiöncəsi vəziyyət gərginləşib
Misirdə prezident seçkiləri öncəsində vəziyyət yenidən gərginləşib. Movqe.az ANS TV-yə istinadən xəbər verir ki , ötən gün paytaxt Qahirədə "Müsəlman qardaşlar" hökumətə qarşı etiraz aksiyası keçiriblər. Aksiya sonda fəallarla polis arasında qarşıdurmalara səbəb olub. Qarşıdurmalar zamanı 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Seçkilərə iki gün qalmış dövlət başçısı vəzifəsinə real namizədlərdən olan ölkənin sabiq ordu generalı Əbdül Fəttah əl-Sissi xalqa müraciət edib.

Nadir hallarda mediya qarşısına çıxan əl-Sissi seçkilərlə əlaqədar, demək olar ki, təşviqat kampaniyası aparmayıb. Lakin xalqa müraciətində əl-Sissi hər kəsin bir nəfər kimi seçkilərə qatılmasını istəyib.

Əl-Sissinin əsas rəqibi olan Hamdin Sabahi isə ötən gün sonuncu seçki kampaniyasına çıxıb.

"Tanrının və xalqın qarşısında and içirəm ki, Misirdə ədalətli dövlət quracağıq".

Bir qədər əvvəl seçkilərin ilkin mərhələsində xaricdə yaşayan misirlilər seçki hüququndan istifadə etmişdilər. İlkin mərhələdə keçirilən seçkilərin nəticələrinə əsasən, əhalinin 90 faizindən çoxu əl-Sissiyə səs verib.
Sizin Reklam Yeriniz