Əlaqə Arxiv
news Image
2014.05.24
19:00
| A A A
Bakıda bir yumruqluq ölüm
Bakı sakini qonşusunu bir yumruqla öldürdü.Movqe.az xəbər verir ki ,  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 20-də Xəzər rayonu Şağan qəsəbə sakini Xəqani Çələbiyevin sərxoş halda həyətində yıxılması və aldığı xəsarətdən xəstəxanada ölməsi barədə məlumat verilib.

Məlumatla əlaqədar Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırmalar zamanı Bakı şəhər sakini Azad Məmmədovun münaqişə zəminində X.Çələbiyevi yumruqla vurması nəticəsində öldüyü müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Məmmədov tutulub və onun üzərindən 0,78 qram həşiş də götürülüb.
Sizin Reklam Yeriniz