Əlaqə Arxiv
news Image
2014.05.25
00:01
| A A A
Rusiya qırıcılar göndərir
Rusiya Federasiyası 2018-ci ilə kimi Suriyaya 12 MiQ-29M/M2 qırıcısı satacaq. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə "Kadeks-2014" adlı sərgidə danışan "MiQ" kooperasiyasının direktoru Serqey Korotkov jurnalistlərə müsahibəsində bildirib. 

O qeyd edib ki, Suriya bu qırıcıları 2007-ci ildə Rusiya Federasiyası ilə bağlanmış müqavilə üzrə ala biləcək: "Dörd təyyarə artıq hazırdır. Müqavilə çoxdan bağlanıb.Biz üzərimizə düşən öhdəlikləri yavaş-yavaş yerinə yetiririk".

Təyyarələrin çatdırılma müddəti haqqında suala cavab verən ,Serqey Korotkov qeyd edib ki, Suriyanın Hərbi Hava Qüvvələrləri 2016-2017-ci illər ərzində MiQ-29M/M2 adlı 12 qırıcısını alacaq.
Sizin Reklam Yeriniz