Əlaqə Arxiv
news Image
2014.05.25
12:08
| A A A
Məktəb formasını dəyişirlər

Rusiya Dövlət Duması "məktəb paltarı qanunu" olaraq dumaya təqdim edilən sənəddə son dəyişiklikləri təsdiqləyib.


Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, yeni şərtlərə əsasən, artıq Rusiya məktəblərində məktəb paltarlarını şagird, valideyn və pedaqoqlardan təşkil edilmiş ümumi bir qrup seçəcək. Onlar palatarın rəngindən tutmuş, digər xüsusiyyətlərinə də diqqət edəcəklər.


Məktəb paltarıyla əlaqədar dəyişiklikləri təklif edən Dövlət Dumasının deputatı Olqa Timofova bunları bildirib: "1 sentyabr öncəsi şagirdlərə geyim hazırlayacaq olan valideynlərdən cins şalvar əvəzinə, qara və ya göy şalvar almaqlarını xahiş edirik."


Deputat çox rəngli və parlaq köynəklər əvəzinə, ağ və ya açıq mavi rəngləri seçim etmələrini tapşırıb: "Uşaqlarımız üçün bütün ölkə səviyyəsində tək bir məktəb forması tətbiq etmirik, lakin rəsmi görünmələrini istəyirik."

Sizin Reklam Yeriniz