Əlaqə Arxiv
news Image
2014.05.25
22:20
| A A A
Göyçayda 2 yük maşını toqquşdu: yaralı var
Göyçay rayonunda iki yük maşını toqquşub. 

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 213-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

Belə ki, 90-NA-220 dövlət nömrə nişanlı "HOVA" və 10-XX-264 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşını toqquşub. Hadisə nəticəsində hər iki avtomobil yoldan çıxaraq aşıb. Maşınlar yolda təmir-bərpa işləri aparılan ərazidə aşıb.

Sürücülərdən biri, 1957-ci il təvəllüdlü Yusifov Mehman Əyyub oğlu müxtəlif bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz