Əlaqə Arxiv
news Image
2014.05.26
11:03
| A A A
Bakı-Ağstafa-Qazax qatarının hərəkət cədvəli dəyişdirilir

2014-2015-ci illər üçün hərəkət cədvəlinə keçidlə bağlı, 1 iyun 2014-cü ildən etibarən 98/97 №-li Bakı-Ağstafa-Qazax qatarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcək.


"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, 98/97 №-li Bakı-Ağstafa-Qazax qatarı saat 22:45-də (22:05 əvəzinə) Bakıdan yola düşəcək və saat 10:25-də (9:40 əvəzinə) Qazaxa çatacaq.

 

Qatar saat 18:35-də (19:05 əvəzinə) Qazaxdan yola düşəcək və saat 7:10-da (7:25 əvəzinə) Bakıya çatacaq.

Sizin Reklam Yeriniz