Əlaqə Arxiv
news Image
2014.05.26
17:23
| A A A
Xoşqədəm Hidayətqızı Suriyadan məktub göndərdi-YENİLƏNİB
Suriyada vurulduğu barədə məlumat yayılan Xoşqədəm Hidayətqızıdan xəbər var. X. Hidayətqızının baş redaktoru olduğu qəzetin əməkdaşlarına telefonla SMS göndərib. "Üç nöqtə" qəzetinin redaktoru Elməddin Muradlı Movqe.az-a bildirib ki, mesajda Xoşqədəm Hidayətqızı bircə kəlmə problem yoxdur narahat olmayın sözlərini yazıb. E. Muradlı X. Hidayətqızının yaranıb-yaranmadığı barədə bir kəlmə belə deməyib. 

Bu gün yerli mətbuatda Xoşqədəm Hidayətqızı Suriyada vurulması barədə məlumat yayılıb. Jurnalistə yaxın mənbə də bu faktı ANS PRESS-ə təsdiqləyib. İlkin məlumata görə,hadisə Hələb şəhərində baş verib. Jurnalist ayaqlarından yara alıb. Qeyd edək ki, X.Hidəyətqızının yaralanması barədə ilk olaraq "xeberdar" portalı yayıb. Məlumata görə, Xoşqədəm Hidayətqızı Suriyadan verlişin əməkdaşları ilə əlaqə saxlayıb. Hələb şəhərində olan aparıcı, bir neçə axtarışın sonucu ilə bağlı verlişin axtarış şöbəsi ilə danışırmış, elə həmin vaxt atəş səsləri eşidilib. Aparıcı telefonda qışqıraraq əməkdaşına vurulduq deyib və bir anlıq dəhşətli səslər eşidilib. Daha sonra Suriyada olan çəkiliş qrupu ilə əlaqə kəsilib. Operatoru ilə Suriyada olan aparıcı yaralandım sözünü də işlədib. Qeyd edək ki, mənbənin bildirdiyinə görə teleaparıcının vurulması xəbərini teleşirkətdə bəzi şəxslər bilsə də mətbuata çıxmaması üçün gizli saxlanılır.


Sizin Reklam Yeriniz