Əlaqə Arxiv
news Image
2014.05.26
23:46
| A A A
Tanınmış jurnalistə vəzifə verildi
Yaşar İsakov Penitensiar xidmət rəisinin Mətbuat məsələləri üzrə köməkçisi təyin edilib. 

Movqe.az  İnterpress.az-a istinadən xəbər verir ki, tanınmış jurnalist, Press24.az saytının baş redaktoru Yaşar İsakov Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin Mətbuat məsələləri üzrə köməkçisi təyin edilib. Yaşar İsakov "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının, "News24.az" saytının baş redaktoru olub, "Day.az", "1News.az" saytlarında, "Exo" və "Naş vek" qəzetlərində dərc olunub. Qeyd edək ki, Yaşar İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyində çalışıb, Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.

Sizin Reklam Yeriniz