Əlaqə Arxiv
news Image
2014.05.27
12:36
| A A A
Qaradağda əmək yarmarkası keçiriləcək

Mayın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti növbəti əmək yarmarkasını Bakının Qaradağ rayonunda keçirəcək. Bu barədə Lent.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbir Qaradağ rayon Mədəniyyət evində (Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 23) baş tutacaq. Yarmarkada paytaxtın Qaradağ, Səbail və Yasamal rayonlarının Məşğulluq Mərkəzləri tərəfindən toplanmış boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. 

Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunacaq tədbirdə vakant iş yerləri təqdim edən ayrı-ayrı dövlət və qeyri-dövlət müəssisələrinin, o cümlədən iri şirkətlərin nümayəndələri də iştirak edəcək. Yarmarka çərçivəsində əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərin peşə hazırlıq kurslarına qeydiyyatının aparılması, eləcə də müvəqqəti xarakterli işlər təqdim olunması məqsədilə Bakı Əmək Birjasının fəaliyyəti də təmin olunacaq.


Sizin Reklam Yeriniz