Əlaqə Arxiv
news Image
2014.05.27
15:06
| A A A
Qəbələdə İqtisadi Əməkdaşlıq Təşkilatının “Təbii fəlakətlərin idarə olunması üzrə 7-ci Beynəlxalq Konfransı” keçiriləcək

 İqtisadi Əməkdaşlıq Təşkilatının təşəbbüsü və Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə iyunun 4-5-də Qəbələ şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının "Təbii fəlakətlərin idarə olunması üzrə 7-ci Beynəlxalq Konfransı"nın keçirilməsi planlaşdırılır.


APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, konfransda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan, Əfqanıstan İslam Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Tacikistan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın fövqəladə halların idarəedilməsi sahəsində cavabdeh dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri, həmçinin BMT, BMT-nin İnkişaf Proqramı, BMT-nin Uşaq Fondu, BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Humanitar Yardımlarının İdarəedilməsi Ofisi, Almaniya Texniki yardım Federal Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Yaponiya Beynəxalq Əməkdaşlıq Agentliyi, Asiya Fəlakətlərə Hazırlıq Mərkəzi, Asiya Fəlakətlərin Azaldılması Mərkəzi, İƏT-in Fəlakət Riskinin İdarəedilməsi Regional Mərkəzi, Freie Universiteti, Mərkəzi Asiya Tədqiqi GeoElmlər İnstitutu,  Beynəlxalq Zəlzələ mühəndisliyi və Seysmologiya İnstitutu, Almaniya Qırmızı Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətindən olan nümayəndələrin iştirakı gözlənilir.

 

Tədbirin keçirilməsində əsas məqsəd təşkilata üzv ölkələrin müvafiq qurumları və təşkilatla sıx əməkdaşlıq edən beynəlxalq təşkilatlar arasında mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlığı daha da dərinləşdirməkdir.

Sizin Reklam Yeriniz