Əlaqə Arxiv
news Image
2014.05.27
15:03
| A A A
Əflatun Amaşov: "İnternet mediası ictimai-siyasi və insanların həyatına yüksək sürətlə daxil olub"

İnternet mediası ictimai-siyasi həyata və insanların həyatına yüksək sürətlə daxil olub. Movqe.az-ın məlumatına görə, bunu bu gün Bakıda Mətbuat Şurasının və Multimedia Mərkəzinin təşkilatçılığı ilə "Yeni Media və Yeni çağırışlar" mövzusunda keçirilən konfransda çıxışı zamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.


Onun sözlərinə görə, Azərbaycanda 1,3 milyon Facebook istifadəçisi, 30 min bloqqer, 50 internet radio və televiziyası və bunların ümumilikdə 250 000 auditoriyası var.


Ə.Amaşov əlavə edib ki, İKT üzrə Milli Strategiya çərçivəsində nəzərdə tutulan işlər uğurla davam etdirilir: "Artıq 40-a yaxın dövlət qurumu öz məlumatlarını elektron formada istifadəçilərinə təqdim edir".


Tədbir iki paneldən ibarət olub.


Birinci paneldə "İnternet mediasının inkişaf tendensiyası və perspektivləri", ikinci paneldə isə "Sosial mediadan informasiya əldə edilməsi və və informasiyaların yayılmasında effektiv istifadə imkanları" mövzuları müzakirə olunub.


Tədbirdə Mətbuat Şurasının idarə heyətinin üzvləri, müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, media mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.

Sizin Reklam Yeriniz