Əlaqə Arxiv
news Image
2014.05.27
18:47
| A A A
“Həmrəy”GMDİB-yi “Respublika günü”nü qeyd etdi

Bu gün "Həmrəy"Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi "Həmrəy" Təhsil Mərkəzində "28 May - Respublika günü"nə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçilik və müasir gənclik" mövzusunda dəyirmi masa keçirib. Movqe.az-ın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan "Dəyirmi masa"nı "Həmrəy"-yin sədri Yəhya Babanlı açıq elan edib və tədbirin gənclərimizin milli dövlətçilik şüurunun yüksəldilməsi məqsədilə keçirildiyini vurğulayıb.

Qeyd edib ki, Milli lider Heydər Əliyevin və Ölkə başçısı İlham Əliyevin müstəqil Azərbaycan Respublikasının AXC-nin varisi elan etmələri, onun yubileylərinin keçirilməsi ilə bağlı müvafiq qərarları, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması, İstiqlal abidəsinin ucaldılması və digər konkret addımlar Azərbaycan gəncinin öz tarixi köklərinə yaxından tanış olmalarına böyük töhfədir.

Daha sonra AMEA-nın əməkdaşı, t.ü.f.d. Elvin Əliyev 1918-ci il may ayının 28-də yaradılmış AXC haqqında geniş məlumat verib. Bildirilib ki, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topcubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu və adlarını cəkmədiyimiz digər dahi azərbaycanlılar tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam daləmində ilk parlamentli, hüquqi, demokratik və dünyəvi dövlət nümunəsidir. AXC-nin 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, qısa zaman ərzində Azərbaycan xalqı müstəqil və azad yaşamağın nə demək olduğunu dərk etdi və 1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etməyə nail olundu. M.Ə.Rəsulzadənin "Bir kərə yüksəklən bayraq bir daha enməz" sözləri 1991-ci ildə öz təsdiqini tapdı. Hazırda üçrəngli bayrağımız Azərbaycanın başı üzərində qürurla dalğalanır. Daha sonra Təhsil Mərkəzinin müəllimləri, Azad Alıyev, Pərnisə Əliyeva "Respublika günü" barədə fikirlərini gənclərlə bölüşdülər. Natiqlər bu günün tarixi əhəmiyyətindən söhbət açdılar. Tədbir iştirakçıları qeyd etdilər ki, bu gün müstəqil Azərbaycan milli dövlətimizin əsasını qoymuş dahi şəxsiyyətləri unutmur, dövlətçilik ənənələrini yaşadılır, gənclərimizə tariximizi daha dərindən öyrənmələri, arşdırmaları üçün geniş imkanlar yaradılır. Gənclər əminliklə söylədilər ki, Azərbaycan müstəqillik yolunda daima irəliləyəcək və inkişaf edəcəkdir.

Sonda bir qrup "Həmrəy"çi gəncin İstiqlal muzeyini və İstiqlal abidəsini ziyarət etmələri qərarlaşdırılıb.

Sizin Reklam Yeriniz