Əlaqə Arxiv
news Image
2014.05.27
19:34
| A A A
Somalidə əhali susuzluqdan ölür

Somali xalqı , ölkələrində illərdir davam edən qarşıdurmaların səbəb olduğu qeyri-sabitlik və quraqlıq səbəbiylə aclığın ardınca son dövrlərdə susuzluqla da mübarizə aparır.


Ölkənin mərkəzi hissəsində yerləşən Hiran bölgəsinin sakinləri , su üçün kilometrlərlə yol qət etmək məcburiyyətində qalır. Məhdud imkanlara sahib Hiran əhalisi , suyu eşşək arabaları və dəvələrlə daşıyır.


 Tapa bildikləri suyun da çox vaxt içilməyə əlverişli olmadığını söyləyən bölgə sakinləri , təxminən 3 aydır davam edən su çətinliyi səbəbiylə ölüm hallarının da yaşandığın söyləyir. Yerli səlahiyyətlilər , yardım səlahiyyətlilərinin baş verənlərə laqeyd qaldığını da deyir.


Diyar sakinlərinin ehtiyaclarını açıq quyu , hovuz və çuxurlara dolan yağış sularından qarşılamağa çalışdığını söyləyən rəsmilər "Mövsüm yağışları gözləniləndən az olduğundan bölgədə quraqlıq yaranıb. Region sakinləri quraqlıq və aclıqdan ölməmək üçün Meteban , Mahas kimi şəhərlərin mərkəzlərinə köç etməyə başlayıb" deyib.

Sizin Reklam Yeriniz