Əlaqə Arxiv
news Image
2014.05.29
17:24
| A A A
Həbsxanada cəza çəkən 7 uşaq anası-"Uşaqlar ac idi, məcbur olub..."
Movqe.az "Məhkumələr" rubrikasında məhbəs həyatı yaşayan məhkum qadınların həyat hekayətlərini təqdim edir. Movqe.az bu dəfəki Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkəkn Mədinə Şükür qızı Həsənonın həyat hekayətini təqdim edir: "Məndən niyə həbs olunmusan deyə soruşmayın. Utanıram cavab verməyə".

Müsahibimizin utancaqlığının səbəbini soruşmağın yersiz olduğunu düşünüb başqa suallara keçirəm.

-Sizə neçə il iş veriblər?

-8 il 6 ay.

-Neçə ildir ki, məhbəs həyatı yaşayırsınız?

- 4 il 8 aydır ki, burdayam. Bu dörd divar arasında. Balalarımdan xəbərsiz.

-Neçə övladınız var?

-7 uşaq anasıyam.

-Uşaqlarınızın neçə yaşı var?

-Kiçiyinin 5, qalanları böyükdür. 13, 14, 16 yaşları var. Qızımın biri ərdədir. 

-Yanınıza gəlib-gedən varmı?

-Böyük oğlum həbsxanadadır. O da mənim kimi oğurluq üstündə tutulub.

- Niyə bu əməli törətdiniz? Qadın incə məxluqdur oğurluq kimi əməllər qadına yaraşmır...

-Elədir, amma allah heç kəsi nagüman vəziyyətə salmasın. Yoldaşım 2-ci qrup əlildi. Ona görə pula ciddi ehtiyacıız vardı. Uşaqlar ac idi, məcbur oğurluğa əl atdım.

-İndi yəqin əməlinizdən peşimansınız.

-Əlbəttə, 5 uşağım evdə başsız qalıb. Burda boğuluram. Bütün günü onları fikrini çəkirəm nə yeyib nə içirlər deyə. 

-Özünüz əslən hansı rayondansınız?

-Yevlax rayonundanam.























    

Sizin Reklam Yeriniz